Holand Bundesliqanın tarixinə keçdi

Holand Bundesliqanın tarixinə keçdi
14:32 23 Fevral 2020
207 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən "Verder" - "Borussia Dortmund" oyunu qonaqların hücumçusu Erlinq Holand üçün əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc hücumçu bu oyunda da fərqlənməklə, "Borussia"da vurduğu qolların sayını 9-a çatdırıb.

İsveçli hücumçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. Holand "Borussia"ya qış fasiləsində qoşulub və yanvardan bəri yeni komandasında demək olar ki, meydana çıxdığı hər oyunda qol vurur.

Qeyd edək ki, "Verder" - "Borussia" matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/828179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR