Boşandığı arvadını, qaynını, qaynanasını güllələdi, zorladığı qız ilə... - Masallıdakı qətlin TƏFƏRRÜATI

Masallı rayonunda baş verən qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Bir müddət həyat yoldaşı ilə ayrılan kənd sakini Sarvan Nəbiyev ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aliməyə, qaynanası Zemfiraya və qaynı Alimə öv tüfəngindən atəş açıb.

Hadisə nəticəsində S.Nəbiyevin keçmiş həyat yoldaşı və qaynı ölüb. Qaynanası isə yaralanıb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bundan sonra qətli törədən S.Nəbiyev yardımçı tikilidə çənə nahiyəsindən özünə atəş açıb.

Qonşuların bildirdiyinə görə, hadisə qız tərəfinin oğlanın evinə cehizlərini götürmək üçün gələn zaman baş verib. Onlar bir müddət əvvəl boşanıblar.

Qeyd edək ki, boşanan gənc ailənin iki azyaşlı körpəsi var.

Faktla bağlı prokurorluq araşdırma aparılır.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR