İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15:13 17 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 17 yanvar, AzərTAc
Gəncə məktəbliləri arasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsi keçirilib.
Gəncə Şəhər Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Zöhrab Hacıyev AzərTAc-a bildirib ki, 20 gün davam edən müsabiqənin final mərhələsində 20 şagird iştirak edib.
Yekunda 27 nömrəli məktəbin şagirdi Almaz Qəhrəmanova birinci, 25 nömrəli məktəbdən Nərgiz Mirzəyeva ikinci, 4 nömrəli məktəbin təmsilçisi Səriyyə Seyidova üçüncü yerləri tutublar.
Qaliblərə təhsil idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insa_musabiqesinin_qalibleri_mukafatlandiriliblar-825505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR