Həbs edilən baş həkimin yerinə TƏYİNAT

Həbs edilən baş həkimin yerinə TƏYİNAT
13:33 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin edib.

TƏBİB rəhbərliyinin müvafiq əmri ilə pediatr Ramiz Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi təyin olunub.

Xəbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasından təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidovu da saxlayıb. (unikal.org)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/306358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR