Rusiyadan Türkiyənin 33 şəhid verdiyi hücumla bağlı ilk

İdlibdə Əsəd rejiminin Türk əsgərlərini qarşı etdiyi hücumdan sonra Rusiya tərəfindən ilk açıqlama verilib.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən edilən açıqlamada hücumlarda Rus qırıcılarının olmadığı bildirilib və qeyd edilib ki, Rusiya atəşkəsin davam etməsi üçün əlindən gələni edirdi:

"Suriyalı müxaliflər bölgədə böyük bir hücum planlaşdırırdı. Türkiyə bu bölgədə türk əsgərlərinin olması barədə bizə məlumat vermədi".

Qeyd edək ki, bu gecə İdlibdə gedən döyüşlərdə 33 türk əsgəri şəhid olub, 17 əsgər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR