“World Harmony” Klassik və Folklor Musiqi Müsabiqəsini qalibləri müəyyən olundu - FOTO

“World Harmony” Klassik və Folklor Musiqi Müsabiqəsini qalibləri müəyyən olundu - FOTO
16:57 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi ilə birgə gənc ifaçıların Bakıda III Beynəlxalq "World Harmony" Klassik və Folklor Musiqi Müsabiqəsini keçirtmişdir.

Milli.Az xəbər verir ki, müsabiqə fortepiano, simli, nəfəs, zərb, xalq çalğı alətləri, vokal, xanəndə ixtisasları, xor və ansambl iştirakçıları sinif üzrə kateqoriyalara ayırmaqla keçirilmişdir. Müsabiqəyə Azərbaycan ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan, İran İslam Respublikasından - ümumi olaraq 172 nəfər iştirakçı, 5 xor kollektivi, 5 fortepiano ansamblı və 1 skripka asamblı qatılmışdır. Müsabiqə iştirakçılarını yerli münfislərlə yanaşı xarici dövlətlərdən tanınmış incəsənət ustaları - "Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi Sədri, III "World Harmony" Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsinin təsisçisi Tsitsino Biçikaşvili, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Əməkdar İncəsənət Xadimi,  Ş.Babiça adına Dövlət Mükafatı laureatı, A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun professoru, Beynəlxalq müsabiqələr laureatı Rustam Şayxutdinov (piano), Çexiya Respublikasının Plzen Konservatoriyasının professoru, virtuoz-skripkaçı Roman Fedçuk, Gürcüstan Opera və Balet Teatrının solisti, Tbilisi Konservatoriyasının baş müəllimi Elena Ciancaliya,  İran İslam Respublikası Atapur Akademiyasının rəhbəri Nasir Atapur dinləmiş, öz səs və rəylərini hər bir iştirakçı barəsində bildirmişdilər.

Xüsusi olaraq qeyd etmək istəyirik ki, müsabiqəyə səhhətlərində problemləri olan, əlil iştirakçılar da qatılmışdırlar. Onlara həm təşkilatçılar tərəfindən, həm də münsiflər tərəfindən maksimum diqqət yetirilməklə müsabiqədə iştirak etmələri üçün hər bir şərait yaradılmışdır. Gözdən əlil iştirakçılar arasında I, II və III  yer qalibləri də olmuşdur.

Müsabiqənin III və yekun  turu Filarmoniyanın səhnəsində, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə, bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun, eləcədə gənc və istedadlı dirijor Orxan Həşimovun rəhbərliyi ilə keçirilmişdir. Qeyd edək ki, Kamera orkestri ilk dəfədir ki, Beynəlxalq müsabiqədə iştirak edir. Orkestrin repertuarı və not kitabxanası III Beynəlxalq "World Harmony" Klassik və Folklor Musiqi Müsabiqəsində iştirakına görə zənginləşmişdir. Orta hesabla 1 gün ərzində orkestr 40-a yaxın konsert və müxtəlif operalardan ariyalar ifa etmişdir.  

Ən layiqli iştirakçılar Qran-Pri mükafatına, müsabiqənin digər iştirakçıları isə I,II və III yerlərə layiq görülmüşdürlər.

Qran-Pri və I yer qalibləri Filarmoniya tərəfindən xüsusi mükafat ilə təltif olunmuşdurlar.  Belə ki, onlar Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri  və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri  ilə birgə solist olaraq çıxış edəcəklər. Fortepiano və simlilər üzrə isə I, II və III yer qalibləri Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində solist olaraq ifa edəcəklər.

Həmçinin, "Harmoniya" Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi Sədri, III "World Harmony" Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsinin təsisçisi Tsitsino Biçikaşvili Qran-Pri mükafatıçılarına 2020-ci ilin aprel ayında Türkiyənin Side şəhərində keçirilən Beynəlxalq müsabiqədə iştirak etmələri üçün maliyyə dəstəyi göstərəcək.

Müsabiqə qaliblərin mükafatlandırılması, münsiflər heyətinin musiqili çıxışları olmaqla Qala konsert ilə başa çatdırılmışdır. 

Müsabiqə çərçivəsində 16 fevral 2020-ci il tarixində Filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə konsert keçirilmişdir. Konsertin dirijoru Əməkdar İncəsənət Xadimi Elşad Bağırov, solistləri isə Roman Fedçuk, Murad Adıgözəl-zadə və Canel Nəcəfli olmuşdur. Bundan əlavə, 17 və 18 fevral 2020-ci il tarixlərində Kamera və Orqan Musiqisi Zalında müsabiqənin simlilər üzrə münsiflər heyətinin sədri, professor Roman Fedçuk tərəfindən 11 nəfərə ustad dərsi də keçirilmişdir. Ustad dərsinin hər bir iştirakçısı xüsusi sertifikat ilə təltif olunmuşdur.

Müsabiqənin gedişatı Kütləvi İnformasiya Vasitələri  tərəfindən geniş yayımlanmışdır. Dəfələrlə müxtəlif televiziya kanalları tərəfindən müsabiqənin həm təşkilat komitəsinin üzvləri, həm də münsifləri  televiziyaya dəvət olunaraq müsabiqə barəsində öz fikirlərini ictimayiətə çatdırmışdır.

Filarmoniyanın tarixinə nəzər salaraq qeyd etmək lazımdır bu müsabiqə ilk dəfə olaraq Filarmoniya tərəfindən müstəqil şəkildə, heç bir maliyyə dəstəyi almadan, tam olaraq öz vəsaiti hesabına gerçəkləşmişdir.

Müsabiqənin məqsədi klassik və folklor musiqinin populyarlaşdırılması və geniş təbliğidir. Müsabiqə gələcək nəslin istedadlı uşaqlarının aktiv inkişafına böyük təkan verəcək. Bu müsabiqədə yaş həddi 6-40 arası olan iştirakçılar solo vokal, instrumental alətlər, akademik və milli xor kollektivləri iştirak edə bilərdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/829803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR