“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan başı çıxmır”-

Əfsanəvi hollandiyalı futbolçu Marko van Basten Kriştiano Ronaldo – Lionel Messi müzakirəsinə qoşulub.

Metbuat.az xəbər verir ki, o, Ronaldonun əla oyunçu oldunu bildirsə də, Lionel Messini daha üstün tutub:

“Kim ki, Ronaldonun Messidən güclü olduğunu iddia edirsə, deməli, ya futboldan başı çıxmır, ya da səmimi deyil. Messi qeyri-adi və təkrarolunmazdır. Belə futbolçular 50, 100 ildə bir yetişirlər. O, dahi kimi doğulub. Mən 28 yaşımda futbol oynamağı bitirdim. O vaxta kimi 3 “Qızıl top” qazanmışdım. Ronaldo və Messinin səviyyəsinə baxın. Yaşları 30-u keçib”. (qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR