Bakıda yük avtomobili öz-özünə hərəkətə gələrək qəzaya uğradı - VİDEO - FOTO

Bakıda yük avtomobili öz-özünə hərəkətə gələrək qəzaya uğradı -  VİDEO - FOTO
10:12 29 Fevral 2020
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda avtoqəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

İritutumlu qoşqulu yük avtomobili hərəkətsiz vəziyyətdə yol kənarında dayanarkən qəfildən hərəkətə gəlib. Nəticədə avtomobil yol kənarındakı ağac və səkiyə çırpılıb.

Hadisədən sonra sürücü Baba Əliyev hadisə yerinə gəlib. O, APA-ya bildirib ki, avtomobilini park edərək ərazidən uzaqlaşıb. Lakin nəqliyyat vasitəsi hündürlükdən aşağıya doğru öz-özünə hərəkətə keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR