Türk aparıcının bu sözləri tükləri ürpətdi: "Türkün türkdən başqa dostu yoxdur" -

Türkiyəli aparıcı Nazlı Çeliyin İdlibdəki türk şəhidləri ilə bağlı sözləri insanları duyğulandırıb.

Metbuat.az xəbər verir ki, aparıcı “Star Haber” verilişində danışıb. Türkiyənin yenə də kürəyindən xəncərlə vurulduğunu ifadə edən Nazlı Çelik “Türkün Türkdən başqa dostu yoxdur” deyib:

“Yasdayıq. Bütün Türkiyə göz yaşlarını içinə atıb. Soyuqqanlı olmağa, sakit qalmağa çalışırıq, amma kədərimiz qəzəbimiz qədər böyükdür. Çünki yenə də kürəyimizdən xəncərlə vurulduq, arxadan vurulduq. Mehmetlərimiz qarşıdurma zamanı deyil, alçaq bir tələyə düşərək öldülər. Şəhid oldular və yenə biz bizəyik! Hər zaman deyilən bir şüar var: Türkün Türkdən başqa dostu yoxdur. Bax yenə o cümlə var dilimizdə. Çünki yenə biz, sadəcə bizimləyik. Başqa kimsəmiz yoxdur. Mən bilirəm, siz də bilin. İnanın və heç vaxt unutmayın ki, sadəcə biz bizə olsaq belə biz bizə yetərik”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR