Azərbaycanda koronavirus aşkarlanan şəxslərin yaşları açıqlanıb.
Nazirlər Kabineti yanın operativ qərargahdan Metbuat.az-a verilən məlumata görə, virusa yoluxan şəxslərdəmn biri 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, fevralın 26-da xəstəxanaya daxil olub. Həmin şəxs 1 gün Tehranda, 3 gün Təbrizdə səfərdə olub.
Digər 29.04.1998-ci il təvəllüdlü şəxs də fevralın 26-da xəstəxanaya daxil olub və Qum şəhərindən gəlib.
Bununla da Azərbaycanda koronavirusa yoluxma faktı təsdiqlənən şəxslərin sayı 3-ə çatıb. Koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.