Lüksemburq pulsuz ictimai nəqliyyatı olan ilk ölkə oldu

Lüksemburq pulsuz ictimai nəqliyyatı olan ilk ölkə oldu
19:12 29 Fevral 2020
161 Dünya
Ölkə mətbuatı
A- A+

Fevralın 29-dan etibarən Lüksemburqda ölkə vətəndaşları və qonaqlar üçün ictimai nəqliyyat pulsuz oldu.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, Ksavye Bettelin başçılıq etdiyi koalisiya hökumətinin qərarına əsasən, şənbə günündən etibarən avtobus, tramvay və qatarlar da daxil olmaqla bütün nəqliyyat növlərində gediş haqqı ləğv edilib. Yerli KİV-lərin verdiyi məlumata görə, bu "tarixi gün" krallığın dörd stansiyasında konsert və digər mədəni tədbirlər ilə qeyd ediləcək.

Lüksemburq hökuməti bu cür bir addımın atılmasına tıxacların ən kəskin problemi fonunda qərara gəldi. Ölkə paytaxtında 110 min insan yaşayır, bütün ölkə əhalisinin sayı isə 614 min nəfərdir. Lakin qonşu ölkələrdən (Belçika, Almaniya və Fransa) yüz minlərlə insan işləmək üçün hər gün Lüksemburqa gəlir. Nəticədə, uzun müddət yollarda, xüsusilə də paytaxtda nəqliyyatın hərəkəti dayanır.

Bu addım ev təsərrüfatlarının təxminən 40%-ni əhatə edəcək. Layihənin illik dəyəri 41 mln. avro olacaq ki, bunların vergi ödəmələri hesabına geri qaytarılacağı planlaşdırılır. Qeyd edək ki, hazırda Lüksemburq pulsuz ictimai nəqliyyatı olan yeganə ölkədir. 2013-cü ildən Estoniyanın paytaxtı Tallində ictimai nəqliyyatda gediş haqqı ləğv edilib, lakin bu, yalnız yerli sakinlərə şamil olunur. 200 min əhalisi olan Fransanın şimalındakı Dunkirk şəhəri də 2018-ci ildə avtobus və tramvaylarda gedişi pulsuz edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR