Tovuz sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb

Tovuz sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb
19:17 29 Fevral 2020
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayon sakini R.Cəfərovdan 455 qram marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş R.Cəfərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 455 qram marixuana aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/830088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR