Qorxulu yuxuların bilmədiyiniz faydaları üzə çıxdı

Qorxulu yuxuların bilmədiyiniz faydaları üzə çıxdı
07:37 1 Mart 2020
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Cenevrə universitetinin tədqiqatçıları qorxulu yuxuların faydalı tərəfini aşkar edib.

Milli.Az xəbər verir ki, pis yuxuların sinir sistemini məşq etdirməyə kömək etdiyi məlum olub.

Nəticədə real həyatda stressli vəziyyətə reaksiya yaxşılaşır. Araşdırmada 18 nəfər iştirak edib.

Mütəxəssislər elektroensefaloqrafiya vasitəsilə yuxu zamanı beynin müxtəlif hissələrinin fəaliyyətini hesablayıb. Məlum olub ki, qorxulu yuxulara səbəb adacıqlar və ön beyindir. Adacıqlar həmçinin oyanma zamanı duyğuların qiymətləndirilməsinə təsir edir və qorxu hiss etdikdə sistematik olaraq aktivləşir.

Tədqiqatçılar iddia edir ki, qorxulu yuxular pasientdəki narahatlığı aradan qaldırmaq üçün terapevtik metod kimi istifadə edilə bilər. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/806294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR