Türkiyə qırıcıları Əsədin ordusunu belə məhv edir -

Ötən gün Əsəd rejiminə məxsus iki Su-24 qırıcısını türk pilot F-16 qırıcısıyla zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, bu iddia ilə “S avunmasanayist” nəşri çıxış edib.

Nəşrin əldə etdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin E-7T hava-xəbərdarlıq və idarəetmə təyyarələri rejimin Su-24 qırıcılarını havaya qalxdıqdan sonra aşkarlayıb:

“Bundan sonra E-7T HİK bölgəyə Hərbi Döyüş Patrul Missiyasını yerinə yetirən Türkiyənin F-16 qırıcı təyyarələrini yönləndirib. Əraziyə gələn F-16 qırıcı təyyarələrindən biri, E-7T tərəfindən ötürülən radar məlumatlarından istifadə edərək, radarlarını bilərəkdən söndürməklə Əsəd qüvvələrinə məxsus iki Su-24-ü zərərsizləşdirib.

Beləliklə, Suriya rejiminə məxsus iki Su-24 təyyarəsi eyni türk pilot tərəfindən vurulub”, - nəşr bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR