Sloveniyada koronavirusa ilk yoluxma aşkarlandı

Sloveniyada koronavirusa ilk yoluxma aşkarlandı
06:52 5 Mart 2020
112 Digər
Ölkə mətbuatı
A- A+

Sloveniyanın Səhiyyə Nazirliyi bu ölkədə koronavirusa ilk yoluxma hadisəsini təsdiqləyib.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Nazirliyin “Twitter”də yaydığı məlumata görə, virusun aşkarlandığı şəxs İtaliya vasitəsilə Mərakeşdən qayıdıb. O, Lyublyanadakı İnfeksion Xəstəliklər Klinikasına yerləşdirilib.
Qeyd edilir ki, həmin şəxsin təmasda olduğu insanlar müayinə edilir.
Öz növbəsində qonşu Xorvatiya da ərazisində 10-cu koronavirusa yoluxma hadisəsini təsdiqləyib. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, virusa yoluxmuş şəxs İtaliyadan gələn yük avtomobilinin sürücüsüdür. 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Çində koronavirusa yoluxanların sayı 80,4 min nəfəri ötüb. Dünyada koronavirusa yoluxanların ümumi sayı 93 min nəfərdən çoxdur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sloveniyada-koronavirusa-ilk-yoluxma-askarlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR