“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında bildirilib.
Məlumata görə, azalmanın təxminən 50 milyard ABŞ dolları epidemiyanın geniş yayıldığı Cənub-Şərqi Asiya ölkələrinin payına düşəcək.
Xatırladaq ki, dünyanın ən böyük aviaşirkətlərinin yer aldığı Beynəlxalq Hava yolu İndeksi (BWAIRL) koronavirusun yayılmağa başladığı ötən ilin dekabr ayından 25% azalma nümayiş etdirib.