Yumurta və ürək xəstəlikləri... - Alimlərdən şok nəticə

Yumurta və ürək xəstəlikləri... - Alimlərdən şok nəticə
12:22 8 Mart 2020
127 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Harvard Universitetinin mütəxəssisləri insan orqanizmi üçün zərərli olmayan yumurta miqdarını müəyyən etmək üçün araşdırma aparıblar.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, araşdırmada məqsəd bu suala aydınlıq gətirəmk olub: Bir gündə neçə yumurta yemək orqanizm üçün təhlükəli deyil?

34 il davam edən araşdırmaya 200 min insan cəlb olunub.

Alimlər yumurtadan istifadə etməyin ürək xəstəliklərinin inkişafı üçün risk yaradıb-yaratmadığına da aydınlıq gətirməyə çalışıblar. Aydın olub ki, gündə 1 ədəd yumurta yeməyin orqanizm üçün heç bir təhlükəsi yoxdur.

Alimlərin fikrincə, səhər yeməyi zamanı 2 yumurta da yemək olar, lakin buna həftə ərzində yalnız 2-3 gün yol vermək olar.

Bundan başqa aydın olub ki, yumurta üzlü süd və qırmızı əti effektiv şəkildə əvəz edə bilər. Hansı ki, bu məhsullar ürək-damar xəstəlikləri üçün risk yaradır.

Lakin diabet xəstələrinin yumurta ilə qıdalanması onlarda ürək xəstəliklərinin inkişafına səbəb ola bilər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/832054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR