Türkiyənin Qarabağda Ermənistanı qorxuya salan strategiyası

Türkiyənin Qarabağda Ermənistanı qorxuya salan strategiyası
09:18 10 Mart 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları həyata keçirən ATƏT-in Minsk qrupunun tərkibinə daxil olmaq istəyir”.

Publika.az
xəbər verir ki, Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnsitutunun direktoru, türkoloq Ruben Safrastyan bu barədə narahatlığını dilə gətirib.

Safrastna bildirib ki, Türkiyə indiyə qədər buna dəfələrlə cəhd edib: “Lakin Ermənistanın qarşı çıxması bu cəhdlərin qarşısını alıb. Türkiyə Ermənistanın buna razı olmayacağını bilir, lakin bu istiqamətdə təşəbbüslərini davam etdirir. Ankara regionda əsas oyunçulardan biri kimi davranır və əsas hədəflərindən biri məhz Qarabağ münaqişəsinin həlli prosesində söz sahibi olmaqdır”.

Erməni ekspert Türkiyənin bu gedişini “şərq hiyləsi” adlandırır, lakin etiraf edir ki, Bakı və Ankara öz maraqları fonunda olduqca ağıllı strategiya həyata keçirirlər.

Asif



Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR