Maştağada velosipedçini maşın vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, martın 9-da saat 23 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini M.Nəbiyev idarə etdiyi “Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR