Koronavirus daha da "ağıllandı" - Özünü gizlədə bilir

Koronavirus daha da "ağıllandı" - Özünü gizlədə bilir
23:57 11 Mart 2020
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus mutasiyaya uğrayaraq, daha da "ağıllanıb". İndi o yeni əlamətlə, titrətmə altında maskalanır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Sinqapur həkimləri açıqlama verib.

Koronavirus başlanğıcda tamam başqa xəstəlik simptomu, denqe titrətməsi kimi özünü maskalayır.

"Pasiyent denqa xəstəliyinə xas yüksək hərarət və bədəndə səpkilərlə daxil olur. Onda koronavarisa xas öskürək, burun axması, boğazda ağrı və s. yoxdur".

Lakin analizlər denqe xəstəliyi yox, koronavirus nəticələri göstərir.

Hazırda Sinqapur şəhərində 3 belə əlamətlə koronaviruslu xəstə aşkarlanıb.

Ona görə həkimlər istənilən şübhəli əlamətlə daxil olan hər kəsdən ciddi olaraq koronavirusdan analiz alınmalıdır, çünki dəqiq diaqnoz müalicə üçün vacibdir. Bu həm tibb personalı, həm də xəstənin təmasda olduğu insanların təhlükəsizliyi üçün də vacibdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/832663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR