"Başakşehir" qələbə qazandı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarından 3-ü başa çatıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"ini qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə vurduğu qolla qələbəyə nail olub - 1:0.

Digər oyunlarda İngiltərə "Mançester Yunayted"i Avstriyada LASK-ı 5:0, İsveçrə "Bazel"i isə Almaniyada "Ayntraxt"ı 3:0 hesabı ilə darmadağın edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR