Eldar Qasımovun istefası tələb olundu - FOTO

Ötən gün Azərbaycan təmsilçilərinin “Avroviziya”da finala keçməmələri birmənalı qarşılanmayıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri və müsabiqənin azarkeşləri Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefa verməsini tələb ediblər.

“X” sosial şəbəkə platformasının Azərbaycan seqmentində, həmçinin Eldarın “Instagram” səhifəsindəki sonuncu postunun altında bu barədə onlarla şərh yazılıb. Bildirilib ki, Qasımov iki ildir deleqasiyaya rəhbərlik edir və bu müddət ərzində biz finala keçə bilməmişik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı