İdmançılarımız Dünya Kubokunun 3-cü mərhələsində

İdmançılarımız Dünya Kubokunun 3-cü mərhələsində
17:05 17 Yanvar 2015
110 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu - 3-cü mərhələsi start götürür.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, planetin 46 ölkəsindən olan idmançıların mübarizə aparacağı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova Sergey Omelçenko ilə təmsil olunur.

İdmançılarımız bu gün 2 növdə çıxış edəcəklər. O.İsmayılova 200 metr məsafəyə sprint yarışlarında 32 nəfər arasında mükafat qazanmağa çalışacaq. S.Omelçenko isə 29 nəfərin çıxış edəcəyi keyrin növündə mübarizə aparacaq.

Dünya Kubokunun 3-cü mərhələsinə sabah yekun vurulacaq. Son yarış günü idmançılarımızdan yalnız O.İsmayılova çıxış edəcək - o, keyrin növündə medallar uğrunda yarışacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR