Prezident Donald Tramp Almaniyaya məxsus "CureVac” şirkətinə koronavirusa qarşı peyvənd fəaliyyətlərini ABŞ-da davam etdirməsi üçün külli miqdarda pul təklif edib.
Metbuat.az xəbər verir ki, iddialara görə, "Ağ ev” rəhbəri Dövlət Departamenti vasitəsiylə ABŞ-dakı xəstələr üçün xüsusi peyvənd hazırlamasını və bu dərmanın təkcə Vaşinqtonun əlində olmasını təklif edib.
İddialarda yer alan ABŞ-ın peyvəndə nəzarəti öz əlində saxlaması barədə planları bəzi dairələr tərəfindən ciddi etirazla qarşılanıb.
Almaniyanın Səhiyyə Nazirliyinin sözçüsü də ABŞ-ın bu təklifinin doğru olduğunu təsdiq edib. O bildirib ki, Berlin koronavirusa qarşı peyvəndin hazırlanmasında və onun Avropada inkişaf etdirilməsində maraqlıdır.
Mənbə.Politico.eu