Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında deyib ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR