PSJ "Mançester Siti"nin futbolçusunu istəyir

PSJ "Mançester Siti"nin futbolçusunu istəyir
17:17 16 Mart 2020
178 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez cari mövsümün sonunda komandadan ayrıla bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-nin hədəfindədir. "Şəhərlilər"in futbolçunun klubdan ayrılmasına icazə verdiyi bildirilir. Paris təmsilçisi ilə futbolçu arasında razılıq əldə olunsa, keçid yay transfer dövründə reallaşa bilər.

2018-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan əlcəzairli futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/834264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR