Fransız rejissor islamı qəbul etdi

Fransız rejissor islamı qəbul etdi
17:32 17 Yanvar 2015
142 Dünya
Ölkə mətbuatı
A- A+

Fransalı kinorejissor İzabel Matiç ölkəsində baş verən terror aktlarından sonra islamı qəbul etməyə qərar verib.

Anspress-in IslamNews.ru saytına istinadən verdiyi məlumata görə, rejissor bu barədə öz Facebook səhifəsində yazıb: "Mən İslamın ilk mərhələsini keçdim. Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və Məhəmməd peyğəmbər də onun rəsuludur".

Matiç bildirib ki, Fransadakı son hadisələr onun islamı qəbul etməsi qərarını verməsinə təkan olub.

O, bu qərarı verməklə islamın həqiqətən sülh dini olduğunu sübut etmək istədiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR