Virus qədər təhlükəli olan dayələr: Uşaqlarımızı necə qoruyaq? -

Məktəb və bağçalar tətil elan edilməsi bəzi valideynləri çətin duruma salıb. Övladlarını təhsil müəssisəsinə qoyub işə gedən valideynlər artıq başqa çıxış yollarları axtarmalı olurlar.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Valideyn: “Bəzi valideynlər təhsil sistemində işləmir, onlar necə etsin? O zaman yəqin ki, öz hesablarına məzuniyyət götürüb evdə oturmalıdırlar”.

Valideyn: “Çox çətin vəziyyətdir, heç kəsə, heç qonşuya belə etibar yoxdur”.

Bütün çətinliklərə baxmayaraq azyaşlıların evdə nəzarətsiz qoyulması isə düzgün hal deyil.

Gülər Məmmədova – Psixoloq: “Baxça yaşlı uşaqları evdə tək qoymaq olmaz, ona görə, belə olduğu təqdirdə valideynlər daha alternativ variantlara əl atmalıdırlar. Qohumlardan, yəni qohumların köməyindən yararlanmalıdır valideynlər”.

Bəzi valideynlər belə vəziyyətlərdə məcburən dayələrə müraciət etməli olurlar. Bu isə onların əlavə xərcə düşməsi deməkdir. Özəl dayələrin aylıq xidməti isə 400 manatdan başlayır.

Dayə vasitəçisi: “Rus dilli dayə istəyənə, rus dillilər bir az baha qiymətə gəlir, Azərbaycan dillilər isə normal qiymətə gəlir. Səhər 9-dan axşam 6-a qədər Azərbaycan dilli dayənin ən uyğun qiyməti 400 manatdır. Həftənin 6 günü də 400 manata tapmaq olar”.

Bu məbləği ödəməyə razı olanlar isə öz istəklərinə uyğun dayəni seçə bilirlər. Uşağın tədris dilinə, yaşına uğun seçim aparılır.

Dayə vasitəçisi: “Elə adam var ki, evində cavan adam buraxmaq istəmir, məsələn, hansı yaş qrupu desəniz, 30-40-45-50, hər yaş var”.


Valideynlərin çoxu isə yaşından asılı olmayaraq bu cür dayələrə etibar etmək istəmirlər.

Sakin: “Dayələrin bəzilərinə etibar etmək olmasa da yaxşıları da var. Ən yaxşısı özəl dayədir, mənim nəvələrimə dayələr baxırdılar, amma gərək onları da sınayasan”.

Qeyd edək ki, dünyada baş qaldıran koronavirus pandemiyasına görə, Azərbaycanda təhsil müəssisələrində martın 27-dək tətil elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR