Ərdoğana gözyaşları içərisində müraciət: ''Prezidentim, qurtar bizi" -

Səudiyyə Ərəbistanında karantində olan bir yaşlı bir ziyarətçi, Ərdoğana müraciət ünvanlayıb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gedən və adını açıqlamayan Türkiyə vətəndaşı, onları Səudiyyə səlahiyyətlilərinin koronavirus şübhəsi ilə otaqlara bağlandığını və yemək və su verilmədiyini söyləyib.

Onun sosial mediada paylaşdığı videoda "Bizi otaqlara bağladılar. Çörək, su yoxdur.Yeməkxanalar bağlanıb. Bizi xilas edin, cənab prezident" deyir. Ümrə ziyarətçisi deyir ki, onlara orada cüzamlı xəstə kimi davranırlar.

" Mən təzyiq xəstəsiyəm hörmətli prezidentim. Dərmanlarının bitdi mən nə edəcəyəm? Türkiyə Cumhuriyyəti vətəndaşını qurtaracaq qədər güclüdür, qurtar bizi hörmətli prezidentim. Öləcəyiksə, ölkəmizdə ölək. Müalicə olunacağıqsa, gəlin ölkəmizdə olaq.

Biz burada ölüm gözləyən məhbuslara oxşayırıq. Nə olar, prezidentim bizi buradan qurtar. " - deyə gözyaşı töküb.

Həmin görüntüləri təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR