Bakıda sürücü sükan arxasında infarkt keçirərək ölüb - FOTO

Bakıda sürücü sükan arxasında infarkt keçirərək ölüb - FOTO
23:42 19 Mart 2020
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda sürücü sükan arxasında qəfildən ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

1973-cü il təvəllüdlü Tariyel Əliyev "Mercedes" markalı avtomaşınla hərəkətdə olan zaman qəfildən sükan arxasında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. Həkimlərin ilkin müayinəsi zamanı T.Əliyevin ürəktutmasından keçindiyi dəqiqləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/835259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR