Novruz bayramında pozulan "tonqal" ənənəsi

Novruz bayramında pozulan "tonqal" ənənəsi
19:12 20 Mart 2020
130 Digər
Ölkə mətbuatı
A- A+

Novruz Azərbaycanda əsrlər boyu qeyd olunan qədim bayramlardan biridir.
İnsanlar hələ qədim zamanlardan bu bayramı qeyd etmək üçün tonqal qalayır. Əvvəllər tonqal quru odun parçalarından, quru kollardan və samandan qalanırdı. İnsanlar o zaman ekologiyanın və sağlamlıqlarının qeydinə qalırdılar.
Sənaye dövrünün başlanğıcı və inkişafı dövründə isə insanlar belə tonqalları rezin, plastmas və digər polietilen məmulatlarından istifadə etməklə qalayırlar.
Novruz bayramında yandırılan rezin məmulatları ekoloji tarazlığa necə təsir edir? Bu sual ətrafında "Report"un Şimal bürosu araşdırma aparıb.
Polietilen məmulatların yanması nəticəsində atmosferə atılan zərərli maddələrin həcmi çoxalır. Bu tullantılar insanların qida zəncirinə və tənəffüs sisteminə mənfi təsir göstərir.
Bütün bunları nəzərə alıb, müvafiq orqanların belə mənfi halların qarşısının alınması istiqamətində tədbirlər görməsi vacibdir.






Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/novruz-bayraminda-pozulan-tonqal-enenesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR