Gürcüstan sabahdan bütün aviauçuşları dayandıracaq

Gürcüstan sabahdan bütün aviauçuşları dayandıracaq
19:37 20 Mart 2020
166 Dünya
Ölkə mətbuatı
A- A+

Martın 21-dən Gürcüstan bütün aviauçuşları dayandıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani martın 20-də keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, martın 21-dən etibarən Gürcüstanın bütün istiqamətlərdə hava nəqliyyatı ilə əlaqələri kəsiləcək. Yalnız "Gürcüstan hava yolları" hökumətlə koordinasiya olunmuş şəkildə uçuşlar həyata keçirə biləcək.

"Georgian Airways" şirkətinin baş direktoru Roman Bokeriya bəyan edib ki, şirkət əməkdaşlarının 95 faizini müddətsiz və əmək haqqı ödənilmədən məzuniyyətə göndərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR