Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə aprelin 21-dək fövqəladə vəziyyətin elan edilməsi barədə sənədi imzalayib.
Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, sənəd təsdiq edilməsi üçün parlamentə göndərilib.
Qeyd edək ki, Gürcüstanda 48 nəfər koronavirusa yoluxub. Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır.