Azərbaycan xalqının tarixində şanlı səhifə

Azərbaycan xalqının tarixində şanlı səhifə
18:18 17 Yanvar 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 17 yanvar, Mustafa Dadaşov, AzərTAc
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində yanvarın 17-də Zaqatala rayonunun Makov, Yuxarı Tala, Muxax və Yeni Suvagil kəndlərində xatirə tədbirləri keçirilib.
AzərTAc xəbər verir ki, rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, ağsaqqal və gənclər əvvəlcə bu kəndlərdə şəhidlərin xatirəsinə ucaldılmış abidə-komplekslərin önünə qırmızı qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən igid həmvətənlərimizin xatirəsini ehtiramla yad edublər.
Xatirə tədbirlərində bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, insanlığa sığışmayan acı nəticələri konkret faktlarla bir daha xatırlanıb, Qanlı Yanvar faciəsinin qəhrəmanlıq və şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğu bildirilib. 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi daxil olduğu xüsusi vurğulanıb.
Çıxış edənlər Qanlı Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkib, bu siyasi xəttin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini bildiriblər.
Qeyd olunub ki, Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şanlı bir səhifədir. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
Mərasimlərin iştirakçıları 20 Yanvar gününün müasir tariximizdə xalqımızın azadlıq və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını, gələcək nəsillər üçün əsl qəhrəmanlıq örnəyi olduğunu bildiriblər. Faciə qurbanlarının qəhrəmanlığının heç vaxt unudulmayacağı, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı vurğulanıb.
Şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirlərdə məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_xalqinin_tarixinde_sanli_sehife-825554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR