“Meqa Sığorta" ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

“Meqa Sığorta" ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı
18:52 24 Mart 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

"Meqa Sığorta"ASC sosial məsuliyyətli sığortaçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. Bu məqsədlə, "Meqa Sığorta" ASC Ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 (Bir yüz min) AZN məbləğində vəsait köçürüb.

ASC-dən Trend-ə verilən məlumata görə, Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən Meqa Sığorta Şirkəti bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır. Biz əminik ki, birlikdə lazımi tədbirlərə, eləcə də, ən əsası, ölkə Prezidentinin və dövlət rəsmilərinin tapşırıqlarına riayət edərək, xalqımız COVİD-19-la aparılan mübarizədə qalib gələcək!

Xatırladaq ki, "Meqa Sığorta" ASC 2010-cu ilin oktyabr ayından fəaliyyətə başlayaraq, korporativ və fərdi müştərisinə 30 növ könüllü və 3 icbari sığorta üzrə xidmət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR