Koronavirus dünyaya belə yayıldı -

.

ABŞ nəşri "Nyu York Tayms" koronavirus epidemiyasının yayılma şəraiti ilə bağlı diqqətçəkən məqalə yayımlayıb.

Metbuat.az xəbər verir ki, məqalədə səfər məhdudiyyəti tətbiq ediləndən öncə virusun peyda olduğu Uhanı təxminən 7 milyon insanın tərk etdiyi qeyd edilib.

Belə ki, Uhanda 2019-cu ilin dekabrının son günlərində tibb işçiləri xəstə insanların normal müalicə şəraitində pnevmaniyadan sağalmadığına dair məlumata sahib idilər. Elə həmin günlərdə Çin hökuməti bununla bağlı xalqa xəbərdarlıq etsə də, yalnız 31 dekabrda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verdilər. Maraqlı məqam ondan ibarətdir ki, Çin tərəfi xəstəliyin müalicəsinin mümkün olduğunu açıqlamışdı.

21 yanvar 2020-ci ildə isə çinlilər virusun insandan insana keçdiyini dünyaya bəyan etdilər. Artıq bu zaman kəsimində Şanxay kimi iri şəhərlərdə virusa yoluxanlar müşahidə edilirdi.

Həmin ərəfələrdə Uhandan təxminən 900 insan Nyu Yorka, 2 min 200 insan Sidneyə, 15 min şəxs də Banqkoka səfər etmişdi. Səfər edən şəxslərin 85 faizi artıq öncədən müəyyən edilməyən virus daşıyıcısı idi.

30 yanvarda ABŞ Çinlə uçuşları dayandırsa da, artıq gec idi. Virus dünyaya yayılmışdı.

(axar.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR