Bakıya giriş qadağasını pozan şəxs saxlanıldı

Bakıya giriş qadağasını pozan şəxs saxlanıldı
12:42 27 Mart 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 25-də saat 23.00 radələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı-Qazax yolunun 65-ci km-də təyin olunmuş postda Masallı rayon sakini V.Qəmbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşlarının "saxla" əmrinə tabe olmayıb yüksək sürətlə hərəkətini davam edib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılaraq sürücüsü ilə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

V.Qəmbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR