Ara küçələri ilə Bakıya gəlmək istəyən şəxsə cinayət işi açıldı

Ara küçələri ilə Bakıya gəlmək istəyən şəxsə cinayət işi açıldı
19:08 27 Mart 2020
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin, onların sahiblərinin və sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna, eləcə də qeyd edilən ərazilərdə qeydiyyatda olanların respublikanın digər şəhər və rayonlarına buraxılmasının məhdudlaşdırılmasının icrası çərçivəsində xüsusi polis postlarından 1 590 avtomobil geri qaytarılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avtomobillərdən 742-si Bakıdan rayonlara, 848-i isə rayonlardan paytaxta keçməyə cəhd ediblər.

Təyin olunmuş xüsusi polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməklə rejim qaydalarını pozduqlarına görə 1 nəfər barəsində cinayət işi başlanıb, 46 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/308938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR