x
Loading...
.

Ukraynada koronavirusa yoluxanların sayı artıb

Ukraynada koronavirusa yoluxanların sayı artıb
08:47 29 Mart 2020
90 Dünya
Ölkə mətbuatı
A- A+
.

Ötən sutka ərzində Ukraynada yeni növ koronavirusa (COVİD-19) daha 46 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir: "Martın 28-i saat 22:00 üçün Ukraynada 356 laborator yolla təsdiqlənmiş COVİD-19 halı var. Sutka ərzində 46 yeni yoluxma halı qeydə alınıb".

Nazirlikdən bildiriblər ki, ölkə ərazisində 9 ölüm halı qeydə alınıb, 5 nəfər isə koronavirusdan sağalıb.

Qeyd edək ki, Ukraynada ən çox koronavirusa yoluxma halı ölkənin paytaxtı Kiyevdə qeydə alınıb. Burada yeni koronavirusa 74 nəfər yoluxub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR