Belçikada koronavirus daha da yayılır

Belçikada koronavirus daha da yayılır
15:12 29 Mart 2020
102 Digər
Ölkə mətbuatı
A- A+

Belçikada son 24 saat ərzində koronavirusa yoluxanların sayı 1 702 nəfər artaraq 10 836 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Federal İctimai Səhiyyə Xidməti bildirib.
Yeni yoluxanların 906 nəfəri Flandriya, 691 nəfəri Valloniya bölgələrinin, 85 nəfəri paytaxt Brüselin payına düşür.
Həmçinin ölənlərin də sayı 78 nəfər artaraq 431 nəfərə çatıb.
Cümə günü hökumət ölkədəki ciddi karantin rejimini daha iki həftə, yəni aprelin 19-dək uzatmaq qərarına gəlib. Bununla belə, mütəxəssislərin rəyincə, koronavirusun yayılması tədricən zəifləməyə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcikada-koronavirus-daha-da-yayilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR