Daxili Qoşunların hərbçiləri Bakı küçələrində xidmətə başladı -

Bu gündən etibarən Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, artıq hərbçilər polis naryadları ilə birgə paytaxt küçələrində xidmət aparırlar.

Onlar vətəndaşlarla profilaktik söhbətlər aparırlar, əhalini maarifləndirirlər.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, hərbçilərin cəlb olunmasında əsas məqsəd paytaxtda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, əhali arasında profilaktik işin dərinləşməsi və genişlənməsidir:

"Bu gündən etibarən artıq Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları polis naryadları ilə birgə xidmətə başlayıblar".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR