İDDİA: Çində koronavirusa ilk bu qadın yoluxub -

Dekabr ayında Çinin Uhan şəhərində koronavirus epidemiyasının necə başladığı və bütün dünyada yayılması ilə bağlı yeni bir iddia ortaya çıxdı.

Metbuat.az xəbər verir ki, ''Wall Street Journal'' yazır ki, Çinin Uhan şəhərində dəniz məhsulları satan 57 yaşlı qadın koronavirusa yoluxan ilk xəstələrdəndir.

Soyuqdəymə şikayətləri ilə kiçik bir xəstəxanaya müraciət edən qadına həmin diaqnoza əsasən müalicə təyin olunur və o bir müddət sonra sağalıb yenidən işinin başına qayıdır. Amma müalicədən 8 gün sonra qadının ürəyi gedir onu xəstəxanaya aparırlar. Həmin gündən sonra qadında virus aşkarlanır və o, Çində koronavirusa yoluxan ilk xəstə kimi qeydiyyata alınır.

Wei Guixian açıqlamasında bildirib ki, soyuqdəymə ilə əlaqədar dərman qəbulundan sonra özünü hər gün daha da pis hiss etməyə başlayıb. Eyni bazarda işləyən bir çox satıcıda da həmin simptomlar aşkar edilib. Ehtimal edilir ki onlara Wei Guixian virusu yoluxdurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR