x
Loading...

Səhiyyə Nazirliyi əhaliyə koronavirusla bağlı çap materialları payladı - FOTO

Səhiyyə Nazirliyi əhaliyə koronavirusla bağlı çap materialları payladı - FOTO
16:47 31 Mart 2020
174 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən maarifləndirici aksiya keçirilib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aksiya çərçivəsində Bakı şəhərininin iri supermarketlərinə maarifləndirici materiallar paylanılıb. Koronaviruslar, bu virusların törətdiyi təhlükəli COVID-19 xəstəliyinin simptom və əlamətlərinə dair məlumat və bu yoluxucu xəstəlikdən qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu vərəqələr marketlərin girişinə vurulub.

Eyni zamanda, marketdən alış-veriş edən müştərilərə xüsusi karantin rejiminə və özünütəcrid qaydalarına riayət etməyin vacibliyi, düzgün əlyuma və tibbi maskadan istifadə qaydaları, yoluxucu COVID-19 xəstəliyini qrip və soyuqdəymədən fərqləndirən xüsusiyyətlərə dair buklet və vərəqələr təqdim edilib.

Maarifləndirici çap materialları, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təqdim olunub.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafik məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib.

Materiallara əlçatanlığın təmin edilməsi məqsədi ilə nəşrlər www.koronavirusinfo.az portalında və İSİM-in saytında yaradılan (www.isim.az ) koronovirus barədə məlumat bazasında yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/837993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR