.

Türk futbolçu Neymarı itələdiyi üçün cəzalandırıldı

Türk futbolçu Neymarı itələdiyi üçün cəzalandırıldı
20:02 31 Mart 2020
118 Digər
Ölkə mətbuatı
A- A+
.

UEFA Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Emre Canı cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin Fransa PSJ-si ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulub.
Qeyd edək ki, "Borussiya" Dortmundakı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-borussiya-nin-futbolcusunu-2-oyunluq-diskvalifikasiya-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR