ABŞ-da koronavirusdan ölənlərin sayı 3400 nəfəri ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 3400 nəfəri ötüb
00:22 1 Aprel 2020
107 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da koronavirusdan həlak olanların sayı Çində bu xəstəlikdən ölənlərin sayını ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə federal və yerli hakimiyyət orqanlarının hesabatlarına əsaslanan Con Hopkins Universiteti xəbər yayıb.

Bildirilir ki, ölkədə 175 067 nəfərin koronavirus testi müsbət nəticə verib, 3 415 nəfər dünyasını dəyişib və 5 995 nəfər sağalıb.

Beləliklə, hazırda ABŞ-da koronavirusdan 3309 nəfərin öldüyü Çindən daha çox ölüm halları qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR