Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı

Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı
10:27 1 Aprel 2020
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq altıncı gündür ki müalicə alıram. Müalicəm on gün davam edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Fransada koronavirus infeksiyasına yoluxan Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyin müxtəlif simptomları artıq səngiməyə başlayıb:

"Məni hazırda ən çox narahat edən şeylər təngnəfəslik, halsızlıq, yorğunluqdur. Ümid edirəm ki, bunlar da tədricən keçib gedəcək. Psixoloji tərəfdən mən çox güclüyəm və inanıram ki, bu virusa qalib gələcəyəm. Qarşılaşdığım müharibə dövrü, gördüyüm çətinliklər buna əsas verir ki, mən belə situasiyalarda panikaya düşməyim, güclü olum. Mən öz daxili gücümə inanıram. Yaxınlarımın, məni tanıyanların diqqəti, qayğısı indiki halda mənim üçün dayaqdır. Özünüzü qoruyun".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/838155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR