"Bavariya" anlaşdı - müqaviləsi yenilənir

"Bavariya" anlaşdı - müqaviləsi yenilənir
08:37 2 Aprel 2020
155 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerlə bağlı yekun qərar verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Münhen təmsilçisi ulduz futbolçunu saxlamağı məqsədəuyğun bilib.

Bir müddət əvvəl mövsümün sonunda ayrılacağı istisna edilməyən Almaniya millisinin üzvü indi yeni müqavilə məsələsində rəhbərliklə ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, 31 yaşlı ön xətt oyunçusu gələn ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzadacaq. Mövsüm bərpa edildikdən sonra yeni sözləşmə rəsmən imzalanacaq.

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Tomas Müller 2008-ci ildən əsas komandanın formasını geyinir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/838384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR