"Argentinada Ronalduya nifrət edirlər"

"Argentinada Ronalduya nifrət edirlər"
16:52 2 Aprel 2020
232 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin futbolçusu Paulo Dibala vətənində "Yuventus"dakı komanda yoldaşı Kriştianu Ronaldunun sevilmədiyini deyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, Argentina Futbol Federasiyasına müsahibəsində bildirib:

"Bu haqda Kriştianuya da demişəm. Argentinada ona nifrət edirlər".

Karyerasında həm Ronaldo, həm də Messi ilə komanda yoldaşı olan nadir oyunçulardan olan Dibala Lionellə birlikdə oynamağın çətin olması ilə bağlı söylədiyi fikrə də aydınlıq gətirib: "Mən o sözləri söyləyən zaman komanda yoldaşımı tənqid etmək istəmirdim. Sadəcə birlikdə nəsə inkişaf etdirmək istədiyimi söylədim. Bu barədə Leo ilə də danışdım. Məşqçilərin qərarına hörmət edirəm. Çünki Argentina çox nüfuzlu bir ölkədir."

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/838497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR