Koronavirusda yeni rekord: Bu ölkədə 1 gündə 1344 nəfər öldü

Çində meydana gələn yeni növ koronavirus səbəbindən ABŞ-da son 24 saatda 1344 nəfər həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu bir ölkədə sutka ərzində yaşanan ən böyük ölüm sayıdır. Həmçinin son 24 saatda ölkədə 34 min 272 min yeni yoluxma halı aşkarlanıb. Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 312 mini keçib. Ölənlərin sayı isə 8 min 501-dir.

Qeyd edək ki, ABŞ hal-hazırda koronavirusa yoluxanların sayına görə dünyada ilk yerdə qərarlaşıb. Bütün yoluxmaların təxminən 25%-i ABŞ-da qeydə alınıb.

Mənbə: cnn.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR