Almaniyada yoluxma rekord həddə çatıb

Almaniyada son sutka ərzində 5936 nəfər koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxanların sayı 91 min 714 nəfərə çatıb. İndiyədək 1342 nəfər ölüb. Gün ərzində isə 84 ölüm baş verib.

Almaniyada koronavirusa ən çox yoluxma Bavariya (23 846) və Şimali Reyn-Vestfalidə (18 735) qeydə alınıb. Berlində isə yoluxanların sayı 3613 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR